Tromboflebit
1

Tromboflebit termini iki sözdən: «tromboz», - qanın damar daxilində laxtalanması nəticəsində bərkimiş kütləyə çevrilməsi, - və «flebit», - vena damarının divarının iltihabı, - sözlərindən ibarət olub, başlıca olaraq, aşağı ətraf venalarının trombozu və iltihabı ilə müşayiət olunan damar xəstəliyidir. Bu zaman dəri qızarmış, topuqlar şişkin olur. Yüksək hərarət və aşağı ətraflarda qıcolmalar müşahidə oluna bilər. Ən böyük təhlükə isə qan laxtasının (trombun) bir parçasının damar divarından qoparaq qanın axını ilə «səyahətidir». Tromb bir sıra həyat üçün vacib orqanların - ürək, ağ ciyər, baş beyinin damarlarını tuta bilər, bu isə həyat üçün olduqca təhlükəlidir. Tromboflebit, əsasən, venaların varikoz genəlməsinin (bax: venaların varikoz genəlməsi), bədən çəkisinin hədsiz artmasının, qanın durğunluğunun, travma və ya infeksiyanın nəticəsi ola bilər. Bəzən o, cərrahi müdaxilənin, hamiləliyin ağırlaşması ilə və yaxud ürək çatışmazlığı halları ilə əlaqədar əmələ gələ bilər. Bəzi qadınlarda tromboflebitin inkişafı hündürdaban, darısqal uzunboğaz çəkmələrin geyilməsi ilə bilavasitə əlaqədardır. Qanın laxtalanmasının qarşısını almaq üçün, adətən, həkim tərəfindən antikoaqulyantlar təyin edilir. Ağrını, şişkinliyi azaltmaq məqsədilə isti kompreslərdən, elastik corablardan və yaxud sarğılardan istifadə edilir. Ayağınızın hər hansı bir yerində ağrı, qızartı və yaxud şişkinlik hiss etdiyiniz anda dərhal həkimə müraciət edin. Erkən diaqnoz müalicənin müvəffəqiyyətlə nəticələnməsini təmin edə bilər. Müxtəlif cərrahi əməliyyatlardan, hamiləlikdən sonra bacardıqca erkən ayağa qalxın, tromboflebitin əmələ gəlmə ehtimalını xeyli dərəcədə azaltmış olarsınız. Yox, əgər beş gündən artıq yataqda qalmaq məcburiyyətindəsinizsə, çarpayının ayaq hissəsinin səthindən istifadə edərək, üfüqü vəziyyətdə, gündə 1000 dəfədən az olmayaraq addım atın. Dərindən tənəffüs etməyi öyrənin. Bundan başqa vaxtaşırı çarpayıda vəziyyətini dəyişmək, müxtəlif böyrü üstə çevrilmək, ayaqları qaldırıb endirmək çox faydalı ola bilər.
Плейлист
Bunları bilmək vacibdir. Qısa tibbi ensiklopediya
Zökəm (rinit) əleyhinə ən adi profilaktik tədbirlərdən biri - hər səhər burun-udlaq yolunu soyuq su ilə yaxalamaqdır. Öncə onu qeyd etmək lazımdır ki, zökəm, adətən, başqa bir xəstəliyin təzahürüdür v...
05 октября 2023
Ziyil - dərinin virus mənşəli xoş xassəli törəməsidir. İnkubasiya dövrü (yəni, yoluxma ilə ziyilin əmələ gəlməsi arasındakı müddət) 3 aydan 8 ayadək davam edir. Adi ziyillər uşaqlarda və cavan adamlar...
05 октября 2023
Bir çoxlarının fikrincə, yuxusuzluqdan yalnız yaşlı və qoca, ahıl adamlar əziyyət çəkirlər. Bu, heç də belə deyil. Gündəlik rejimin pozulması nəticəsində cavanlar da bundan əziyyət çəkirlər. Ən sağlam...
04 октября 2023
Yataq yaraları - toxumaların distrofik və ya xora-nekrotik xarakterli patoloji dəyişikliyidir və yataqda olan zəifləmiş xəstələrdə daimi olaraq təzyiqə məruz qalan yerlərdə əmələ gəlir. Çox vaxt dərin...
04 октября 2023
Yanıqlar - yüksək hərarətin, elektrik cərəyanının, turşu və qələvilərin, ionizəedici şüalanmanın təsiri nəticəsində toxumaların zədələnməsidir. Müvafiq olaraq, termik, elektrik, kimyəvi və şüalanma ya...
04 октября 2023
Virus hepatiti - əsas etibarı ilə, qaraciyərin zədələnməsi ilə xarakterizə olunan və intoksikasiya, qismən də sarılıqla (bax: sarılıq) müşayiət olunan infeksion xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkila...
04 октября 2023
Venaların varikoz genəlməsi – vena damarlarının xəstəliyi olmaqla, vena boşluğunun genəlməsi, onların düyünvari forma alması və venoz divarların nazilməsi ilə xarakterizə olunur. Venaların varikoz ge...
28 сентября 2023
Ürəyin işemik xəstəliyi (yunanca: ischo - gecikdirmək, saxlamaq; haima - qan) ürəyi qidalandıran koronar (tac) arteriyaların spazmı (yığılması, daralması) və yaxud tutulması nəticəsində ürək toxuması...
28 сентября 2023
«Vegetativ damar distoniyası» qabaqlar çox geniş işlədilən və əsasən vegetativ sinir sistemində baş verən dəyişikliklərin təzahürünü cəmləşdirən ümumiləşdirilmiş bir məvhumdur. Vegetativ sinir sistemi...
28 сентября 2023
Tromboflebit termini iki sözdən: «tromboz», - qanın damar daxilində laxtalanması nəticəsində bərkimiş kütləyə çevrilməsi, - və «flebit», - vena damarının divarının iltihabı, - sözlərindən ibarət olub,...
25 сентября 2023
Təngnəfəslik tənəffüsün (nəfəs alıb vermənin) tezliyinin, ritminin və ya dərinliyinin pozulması olub, bir qayda olaraq, hava çatışmazlığı hissiyyatı ilə müşayiət olunur. Təngnəfəslik, tənəffüs aktında...
25 сентября 2023
Şəkərli diabet orqanizmdə insulin hormonunun çatışmazlığı və yaxud aşağı bioloji aktivliyi ilə əlaqədar təzahür edən endokrin xəstəliyidir və bütün növ maddələr mübadiləsi pozğunluğu, habelə iri və xı...
24 сентября 2023
Sistit - sidik kisəsinin iltihabıdır. Ən çox yayılmış uroloji xəstəliklərdən biridir. Sistitin əsasında, bir qayda olaraq, infeksiya durur. Qeyri infeksion sistitlər sidik kisəsinin selikli qişasının...
24 сентября 2023
Sarılıq artıq miqdarda bilirubinin qanda toplanmasının nəticəsində selikli qişaların, skleranın (gözün ağının) və dərinin sarı rəngə boyanmasıdır. Sarılıq qaraciyər, öd yolları və bəzi qan xəstəliklə...
24 сентября 2023
Alopesiya - saçların diffuz (yayılmış) və yaxud məhdud sahədə tökülməsidir. Anadangəlmə, yuvacıqlı, vaxtından qabaq və simptomatik alopesiyalar ayırd edilir. Anadangəlmə alopesiya - anadangəlmə saçın...
24 сентября 2023
Başın tüklü hissəsində xırda pulcuqların, kəpəyin əmələ gəlməsi, seboreyanın, xroniki xəstəliklərin, xüsusilə, mədə-bağırsaq sisteminin xəstəliklərinin, sinir-psixiki pozğunluqların, qida zəifliyinin,...
24 сентября 2023
Revmatizm (xalq arasında «yel xəstəliyi») - birləşmiş toxumanın sistemli iltihabi xəstəliyidir. İinfeksiyanın törədicisi A qrupdan olan betta-hemolitik streptokokdur. Patoloji proses, başlıca olaraq,...
24 сентября 2023
Radikulit - onurğa beyni kötüklərinin zədələnməsidir. Əmələ gəlməsinin əsas səbəbi onurğanın osteoxondrozudur. Bununla belə, infeksiyanın, soyuqlamanın, intoksikasiyanın (zəhərlənmənin), damar pozğunl...
24 сентября 2023
Prostatit - prostat vəzin iltihabıdır. Prostat vəzi kişi cinsiyyət sisteminin əzələli-vəzili orqanı olaraq, kiçik çanaqda, sidik kisəsinin altında, sidik kanalı ətrafında yerləşir. Formasına görə əsas...
20 сентября 2023
Prostat vəzin adenoması (prostat vəzin xoşxassəli hiperplaziyası - PVXH) xoşxassəli şişdir və 50 yaşdan yuxarı kişilərdə əmələ gəlir. Təəssüf ki, bu xəstəliyə təqribən hər üç kişidən biri düçar olur....
20 сентября 2023
Psoriaz (pulcuqlu dəmrov) kəpəklənən səpgilərlə xarakterizə olunan xroniki dəri xəstəliyidir. Əmələ gəlməsində nəzərə çarpacaq rolu genetik (irsi) faktor oynayır. Bundan başqa lipid və karbohidrat müb...
20 сентября 2023
Podaqra - maddələr mübadiləsinin pozulması nəticəsində urat kristallarının (sidik turşusunun duzları) müxtəlif toxumalarda, əsasən, oynaqlarda, böyrəklərdə və sidik yollarında yığılması ilə xarakteriz...
19 сентября 2023
Pnevmoniya (sətəlcəm) - ağ ciyər toxumasının iltihabıdır. Hələ 30-uncu, 40-ıncı illərdə pnevmoniya ölüm səbəbləri sırasında birinci yeri tuturdu. Sulfanilamid preparatlarının, antibiotiklərin geniş tə...
19 сентября 2023
Parodontit (sinonimi «parodontoz») - dişləri əhatə edən toxumaların (paradontun) iltihabi xəstəliyidir. Parodontitin əmələ gəlmə mexanizmi hələ tam öyrənilməyib. Onun inkişafını, orqanizmin müqavimət...
18 сентября 2023
Öskürək - mürəkkəb reflektor qoruyucu akt olaraq, tənəffüs yollarının yad cisimlərdən və yaxud bəlğəmdən təmizlənməsinə yönəldilmişdir. Öskürəyin müxtəlif xəstəliklərdə özünün spesifik xüsusiyyəti va...
18 сентября 2023
Piylənmə - həddən artıq piyin orqanizmdə yığılması hesabına bədən kütləsinin artması ilə xarakterizə olunan patoloji vəziyyətdir. Bədən kütləsinin ideal çəkisi xüsusi, vaxtaşırı təzələnən antropometr...
18 сентября 2023
Pəltəklik nitqin tempinin və ritminin pozulmasıdır. O, nitqin fasiləli olması ilə, təkrarlanmalarla, nitqdə iştirak edən əzələlərin qıcolma hərəkətləri ilə biruzə verir. Qədim Yunanıstanın dahi natiqi...
18 сентября 2023
Öd yollarının diskineziyası - öd kisəsinin və qara ciyərdən kənar öd yollarının motor (hərəkət) funksiyasının funksional pozğunluğudur. Öd yollarının diskineziyası çox vaxt ikincili xarakter daşıyır,...
18 сентября 2023
Öd daşı xəstəliyi öd kisəsində və öd yollarında öd daşlarının əmələ gəlməsi ilə xarakterizə olunan xəstəlikdir. Öd daşı xəstəliyi geniş yayılmışdır və daha çox qadınlarda müşahidə olunur. Öd kisəsi h...
18 сентября 2023
Otit - qulağın iltihabıdır. Xarici, orta və daxili otit ayırd edilir. Xarici otit qulaq girəcəyinə kibrit dənəsi və yaxud digər əşyalarla infeksiya törədicilərinin (ən çox stafillakokların) yeridilmə...
18 сентября 2023

Мы используем файлы cookies для улучшения работы сайта. Оставаясь на нашем сайте, вы соглашаетесь с условиями использования файлов cookies. Чтобы ознакомиться с нашими Положениями о конфиденциальности и об использовании файлов cookie, нажмите здесь.