Revmatizm
0

Revmatizm (xalq arasında «yel xəstəliyi») - birləşmiş toxumanın sistemli iltihabi xəstəliyidir. İinfeksiyanın törədicisi A qrupdan olan betta-hemolitik streptokokdur. Patoloji proses, başlıca olaraq, ürək qan-damar sistemində və habelə oynaqlarda, dəridə və digər orqanlarda inkişaf edir. Revmatizm, əsas etibarı ilə, cavan adamlarda müşahidə edilir. Xəstəlik, əksər hallarda, 15 yaşadək, xüsusilə, 7-15 yaş hüdudunda uşaqlarda əmələ gəlir. Böyüklərdə revmatizm, bir qayda olaraq, uşaq yaşlarında başlamış xəstəliyin davamı kimi qiymətləndirilir. 3 yaşadək uşaqlar və 40-45 yaşdan yuxarı şəxslər çox nadir hallarda xəstələnirlər. Revmatizmin qapalı kollektivlərdə (internatlarda, hərbi kazarmalarda), adətən, kəskin respirator infeksiyanın (xüsusilə, anginanın) yayıldığı zaman inkişaf etməsi müşahidə edilir. Təsdiq edilmişdir ki, xəstələrin əksəriyyətində revmatizm keçirilmiş angina, faringit (udlağın iltihabı), rinit və yaxud skarlatinadan sonra təzahür edir. Revmatizmin zədələdiyi başlıca orqan ürəkdir (kardit). Alimlərin obrazlı şəkildə deyilmiş «revmatizm oynaqları yalayır, ürəyi dişləyir» ifadəsi bunu təsdiq edir. Ürəyin hansı qişasının - perikard, miokard və yaxud endokardın zədələnməsindən asılı olmayaraq (çox zaman bunları ayırmaq da çətin olur), adətən «revmatik kardit» («revmokardit») terminindən istifadə edilir. Revmokarditin ən xarakter simptomları ürəkdöyünmə, azacıq fiziki gərginlikdən və yaxud heç bir gərginlik olmadan təngnəfəsliyin olması, ürək nahiyəsində ağrı və ya ağırlıq hissi, ürək fəaliyyətinin bərabər ritminin pozulmasıdır. Qeyd etmək lazımdır ki, uşaqlar, böyüklərdən fərqli olaraq, demək olar ki, şikayətlənmirlər. Halbuki, instrumental müayinə zamanı ürəkdə aşkar edilmiş dəyişikliklər onlarda daha qabarıq olur. Revmatik poliartrit başlıca olaraq iri və orta oynaqların (diz, bilək, aşıq-baldır oynaqlarının) iltihabı ilə xarakterizə olunur. Həm sakit halda, həm də hərəkət zamanı bərk ağrılar qeyd edilir. Oynaq şişmiş və toxunduqda qızmış ola bilər. Əksər hallarda bədən hərarəti yüksəlmiş olur. Revmatizm zamanı poliartrit simmetrikliyi (hər iki ətrafda eyni oynaqların prosesə cəlb olunması) və miqrasiya edici xarakteri (növbə ilə müxtəlif oynaqların patoloji prosesə cəlb edilməsi) ilə seçilir. Bundan başqa, poliartrit əlamətlərinin təzahür etdiyi period uzun müddətli olmur (4 həftəyədək) və prosesin tam geriyə inkişafı, hətta müalicəsiz belə, mümkündür. Poliartrit çox zaman revmokarditlə müştərək təzahür edir. Revmatizmin dəri forması olan dairəvi eritema - gövdənin, qolların dərisində dairəvi formalı çəhrayı səpgilər - əsasən, uşaq və yeniyetmələrdə müşahidə olunur. Revmatik düyüncüklər gövdənin, ətrafların, xüsusilə, dirsək və diz oynaqları nahiyəsində, habelə başın ənsə nahiyəsinin yumşaq toxumalarında müəyyən edilir. Onlar, adətən, kiçik ölçülü, ağrısız olur və müalicəsiz sovrulub gedirlər. Revmatizm zamanı mərkəzi sinir sisteminin zədələnməsi kiçik xoreya şəklində biruzə verir və əsasən uşaqlarda müşahidə olunur. Müəyyən əzələlərin və ya əzələ qruplarının məcburi yığılması ilə, əzələ tonusunun enməsi ilə xarakterizə olunur. Revmatizmin aktiv və qeyri-aktiv fazaları ayırd edilir. Aktiv faza revmatizmin əlamətlərinin biruzə verməsi və müvafiq laborator-instrumental müayinə zamanı dəyişikliklərin aşkar edilməsi ilə xarakterizə olunur. Qeyri-aktiv faza dedikdə isə, nə vaxtsa revmatik «hücuma» məruz qalmış xəstədə hal hazırda xəstəliyin heç bir klinik əlamətinin aşkar edilmədiyi dövr nəzərdə tutulur. Revmatizmin gedişinin klassik variantı onun kəskin, «hücum» şəklində olmasıdır. Bu gediş, adətən, uşaqlarda müşahidə olunur və klinik əlamətlərin qabarıq biruzə verməsi ilə xarakterizə olunur.
Плейлист
Bunları bilmək vacibdir. Qısa tibbi ensiklopediya
Zökəm (rinit) əleyhinə ən adi profilaktik tədbirlərdən biri - hər səhər burun-udlaq yolunu soyuq su ilə yaxalamaqdır. Öncə onu qeyd etmək lazımdır ki, zökəm, adətən, başqa bir xəstəliyin təzahürüdür v...
05 октября 2023
Ziyil - dərinin virus mənşəli xoş xassəli törəməsidir. İnkubasiya dövrü (yəni, yoluxma ilə ziyilin əmələ gəlməsi arasındakı müddət) 3 aydan 8 ayadək davam edir. Adi ziyillər uşaqlarda və cavan adamlar...
05 октября 2023
Bir çoxlarının fikrincə, yuxusuzluqdan yalnız yaşlı və qoca, ahıl adamlar əziyyət çəkirlər. Bu, heç də belə deyil. Gündəlik rejimin pozulması nəticəsində cavanlar da bundan əziyyət çəkirlər. Ən sağlam...
04 октября 2023
Yataq yaraları - toxumaların distrofik və ya xora-nekrotik xarakterli patoloji dəyişikliyidir və yataqda olan zəifləmiş xəstələrdə daimi olaraq təzyiqə məruz qalan yerlərdə əmələ gəlir. Çox vaxt dərin...
04 октября 2023
Yanıqlar - yüksək hərarətin, elektrik cərəyanının, turşu və qələvilərin, ionizəedici şüalanmanın təsiri nəticəsində toxumaların zədələnməsidir. Müvafiq olaraq, termik, elektrik, kimyəvi və şüalanma ya...
04 октября 2023
Virus hepatiti - əsas etibarı ilə, qaraciyərin zədələnməsi ilə xarakterizə olunan və intoksikasiya, qismən də sarılıqla (bax: sarılıq) müşayiət olunan infeksion xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkila...
04 октября 2023
Venaların varikoz genəlməsi – vena damarlarının xəstəliyi olmaqla, vena boşluğunun genəlməsi, onların düyünvari forma alması və venoz divarların nazilməsi ilə xarakterizə olunur. Venaların varikoz ge...
28 сентября 2023
Ürəyin işemik xəstəliyi (yunanca: ischo - gecikdirmək, saxlamaq; haima - qan) ürəyi qidalandıran koronar (tac) arteriyaların spazmı (yığılması, daralması) və yaxud tutulması nəticəsində ürək toxuması...
28 сентября 2023
«Vegetativ damar distoniyası» qabaqlar çox geniş işlədilən və əsasən vegetativ sinir sistemində baş verən dəyişikliklərin təzahürünü cəmləşdirən ümumiləşdirilmiş bir məvhumdur. Vegetativ sinir sistemi...
28 сентября 2023
Tromboflebit termini iki sözdən: «tromboz», - qanın damar daxilində laxtalanması nəticəsində bərkimiş kütləyə çevrilməsi, - və «flebit», - vena damarının divarının iltihabı, - sözlərindən ibarət olub,...
25 сентября 2023
Təngnəfəslik tənəffüsün (nəfəs alıb vermənin) tezliyinin, ritminin və ya dərinliyinin pozulması olub, bir qayda olaraq, hava çatışmazlığı hissiyyatı ilə müşayiət olunur. Təngnəfəslik, tənəffüs aktında...
25 сентября 2023
Şəkərli diabet orqanizmdə insulin hormonunun çatışmazlığı və yaxud aşağı bioloji aktivliyi ilə əlaqədar təzahür edən endokrin xəstəliyidir və bütün növ maddələr mübadiləsi pozğunluğu, habelə iri və xı...
24 сентября 2023
Sistit - sidik kisəsinin iltihabıdır. Ən çox yayılmış uroloji xəstəliklərdən biridir. Sistitin əsasında, bir qayda olaraq, infeksiya durur. Qeyri infeksion sistitlər sidik kisəsinin selikli qişasının...
24 сентября 2023
Sarılıq artıq miqdarda bilirubinin qanda toplanmasının nəticəsində selikli qişaların, skleranın (gözün ağının) və dərinin sarı rəngə boyanmasıdır. Sarılıq qaraciyər, öd yolları və bəzi qan xəstəliklə...
24 сентября 2023
Alopesiya - saçların diffuz (yayılmış) və yaxud məhdud sahədə tökülməsidir. Anadangəlmə, yuvacıqlı, vaxtından qabaq və simptomatik alopesiyalar ayırd edilir. Anadangəlmə alopesiya - anadangəlmə saçın...
24 сентября 2023
Başın tüklü hissəsində xırda pulcuqların, kəpəyin əmələ gəlməsi, seboreyanın, xroniki xəstəliklərin, xüsusilə, mədə-bağırsaq sisteminin xəstəliklərinin, sinir-psixiki pozğunluqların, qida zəifliyinin,...
24 сентября 2023
Revmatizm (xalq arasında «yel xəstəliyi») - birləşmiş toxumanın sistemli iltihabi xəstəliyidir. İinfeksiyanın törədicisi A qrupdan olan betta-hemolitik streptokokdur. Patoloji proses, başlıca olaraq,...
24 сентября 2023
Radikulit - onurğa beyni kötüklərinin zədələnməsidir. Əmələ gəlməsinin əsas səbəbi onurğanın osteoxondrozudur. Bununla belə, infeksiyanın, soyuqlamanın, intoksikasiyanın (zəhərlənmənin), damar pozğunl...
24 сентября 2023
Prostatit - prostat vəzin iltihabıdır. Prostat vəzi kişi cinsiyyət sisteminin əzələli-vəzili orqanı olaraq, kiçik çanaqda, sidik kisəsinin altında, sidik kanalı ətrafında yerləşir. Formasına görə əsas...
20 сентября 2023
Prostat vəzin adenoması (prostat vəzin xoşxassəli hiperplaziyası - PVXH) xoşxassəli şişdir və 50 yaşdan yuxarı kişilərdə əmələ gəlir. Təəssüf ki, bu xəstəliyə təqribən hər üç kişidən biri düçar olur....
20 сентября 2023
Psoriaz (pulcuqlu dəmrov) kəpəklənən səpgilərlə xarakterizə olunan xroniki dəri xəstəliyidir. Əmələ gəlməsində nəzərə çarpacaq rolu genetik (irsi) faktor oynayır. Bundan başqa lipid və karbohidrat müb...
20 сентября 2023
Podaqra - maddələr mübadiləsinin pozulması nəticəsində urat kristallarının (sidik turşusunun duzları) müxtəlif toxumalarda, əsasən, oynaqlarda, böyrəklərdə və sidik yollarında yığılması ilə xarakteriz...
19 сентября 2023
Pnevmoniya (sətəlcəm) - ağ ciyər toxumasının iltihabıdır. Hələ 30-uncu, 40-ıncı illərdə pnevmoniya ölüm səbəbləri sırasında birinci yeri tuturdu. Sulfanilamid preparatlarının, antibiotiklərin geniş tə...
19 сентября 2023
Parodontit (sinonimi «parodontoz») - dişləri əhatə edən toxumaların (paradontun) iltihabi xəstəliyidir. Parodontitin əmələ gəlmə mexanizmi hələ tam öyrənilməyib. Onun inkişafını, orqanizmin müqavimət...
18 сентября 2023
Öskürək - mürəkkəb reflektor qoruyucu akt olaraq, tənəffüs yollarının yad cisimlərdən və yaxud bəlğəmdən təmizlənməsinə yönəldilmişdir. Öskürəyin müxtəlif xəstəliklərdə özünün spesifik xüsusiyyəti va...
18 сентября 2023
Piylənmə - həddən artıq piyin orqanizmdə yığılması hesabına bədən kütləsinin artması ilə xarakterizə olunan patoloji vəziyyətdir. Bədən kütləsinin ideal çəkisi xüsusi, vaxtaşırı təzələnən antropometr...
18 сентября 2023
Pəltəklik nitqin tempinin və ritminin pozulmasıdır. O, nitqin fasiləli olması ilə, təkrarlanmalarla, nitqdə iştirak edən əzələlərin qıcolma hərəkətləri ilə biruzə verir. Qədim Yunanıstanın dahi natiqi...
18 сентября 2023
Öd yollarının diskineziyası - öd kisəsinin və qara ciyərdən kənar öd yollarının motor (hərəkət) funksiyasının funksional pozğunluğudur. Öd yollarının diskineziyası çox vaxt ikincili xarakter daşıyır,...
18 сентября 2023
Öd daşı xəstəliyi öd kisəsində və öd yollarında öd daşlarının əmələ gəlməsi ilə xarakterizə olunan xəstəlikdir. Öd daşı xəstəliyi geniş yayılmışdır və daha çox qadınlarda müşahidə olunur. Öd kisəsi h...
18 сентября 2023
Otit - qulağın iltihabıdır. Xarici, orta və daxili otit ayırd edilir. Xarici otit qulaq girəcəyinə kibrit dənəsi və yaxud digər əşyalarla infeksiya törədicilərinin (ən çox stafillakokların) yeridilmə...
18 сентября 2023

Мы используем файлы cookies для улучшения работы сайта. Оставаясь на нашем сайте, вы соглашаетесь с условиями использования файлов cookies. Чтобы ознакомиться с нашими Положениями о конфиденциальности и об использовании файлов cookie, нажмите здесь.