Otit - qulağın iltihabıdır. Xarici, orta və daxili otit ayırd edilir.
Xarici otit qulaq girəcəyinə kibrit dənəsi və yaxud digər əşyalarla infeksiya törədicilərinin (ən çox stafillakokların) yeridilməsi nəticəsində əmələ gəlir. Əsas etibarı ilə, şəkərli diabetdən, podaqradan, hipovitaminozdan əziyyət çəkən şəxslərdə müşahidə edilir. Bu zaman qulaqda ağrılar olur və bu ağrılar qulağa toxunduqda, qulaq seyvanını dartdıqda artır. Müalicə məqsədilə xarici qulaq girəcəyinə 70%-li spirtdə isladılmış tənzif turunda, isti kompress qoyulur, fizioterapiya (sollyuks, UYT-cərəyanı), vitaminlər təyin olunur. Bədən hərarətinin yüksəldiyi və nəzərə çarpacaq iltihabın olması hallarında antibiotik və sulfanilamid preparatları təyin edilir.
Xroniki irinli orta otitin ağırlaşması kimi təzahür edən diffuz (yayılmış) xarici otit də ayırd edilir. Bu zaman xəstələr qulaqda qaşınmadan, ağrıdan və xoşagəlməz qoxulu irinli ifrazatdan şikayət edirlər. Müalicəsi həkim-otolarinqoloq (LOR) tərəfindən aparılır və xarici qulaq girəcəyini dezinfeksiyaedici məhlulla (bor turşusunun 3%-li spirtli məhlulu, furasillin məhlulu 1:5000) yumaqdan və oksikort, sintomitsin emulsiyası sürtməkdən ibarətdir.
Orta otitin kəskin, xroniki və adheziv (bitişmiş) formaları ayırd edilir.
Kəskin orta otit burun və burun-udlağın selikli qişasının iltihabı zamanı (məsələn, rinit) infeksiya törədicilərinin Yevstax borusu vasitəsilə orta qulağa keçməsi nəticəsində inkişaf edir. Birinci stadiyada qulaqda kəskin ağrılar, bu ağrıların başın müvafiq yarısına, dişlərə verməsi, yüksək hərarət (38o-39o), eşitmə qabiliyyətinin nəzərə çarpacaq dərəcədə pozulması müşahidə olunur. İkinci stadiyada təbil pərdəsinin deşilməsi nəticəsində irin gəlir, ağrı tədricən azalır, xəstənin ümumi vəziyyəti yaxşılaşır, hərarət enir. Üçüncü stadiyada iltihabi prosesin sönməsi, irin axmasının kəsilməsi, deşilmiş təbil pərdəsinin bitişməsi qeyd edilir. İrinin axması kəsildikdən sonra xəstələrin yeganə şikayəti eşitmənin azalması olur.
Xroniki orta otit kataral və irinli ola bilər. Xroniki orta otitin kataral forması zamanı eşitmə qabiliyyətinin azalması, qulağın dolu olması hissiyatı və qulaqdan seroz mayenin axması müşahidə olunur. Müalicəsi müvafiq vasitələrlə qulaqdan mayenin sovrulub çıxarılmasından, orta qulağa antibiotik məhlullarının, hidrokortizonun yeridilməsindən ibarətdir.
Xroniki irinli orta otit qulaqdan irin axması ilə (bu zaman təbil pərdəsinin dəliyi uzun müddət qalır), eşitmənin azalması ilə xarakterizə olunur. Bir çox hallarda xəstəlik kəskin irinli otitdən sonra inkişaf edir. Konservativ (medikamentoz) müalicə yalnız irinin sərbəst ifrazı zamanı və dərman preparatlarının təbil pərdəsinin dəliyindən orta qulağın selikli qişasına yeridilməsi mümkün olan hallarda effektlidir. Dərman preparatlarını irini tam təmizlədikdən sonra yeritmək lazımdır. Bunun üçün xarici qulaq girəcəyini pambıq dolanmış zondla tam quru olanadək təmizləmək və yalnız sonra dezinfeksiyaedici vasitələri (bor turşusunun 70%-li spirt məhlulu, habelə albusidin, furasillinin və yaxud salisil turşusunun spirt məhluluları) damızdırmaq lazımdır. Digər hallarda cərrahi müdaxilənin müxtəlif metodlarından istifadə olunur.
Adheziv (bitişmiş) orta otit orta qulağın keçirilmiş kəskin və yaxud xroniki irinli iltihabından sonra inkişaf edir və təbil boşluğunda bitişmələrin əmələ gəlməsi ilə xarakterizə olunur. Çox zaman onun inkişafına düzgün aparılmayan antibiotik müalicəsi gətirib çıxarır. Əsas əlaməti - ağır eşitmədir. Bəzən qulaqlarda küy olur. Müalicəsi qulaqların üfürülməsindən, pnevmo- və vibromassajdan, təbil boşluğuna proteolitik (zülalı əridən) fermentlərin yeridilməsindən, qulaq nahiyəsinə diatermiyadan, palçıqla müalicədən və habelə cərrahi müalicədən ibarətdir.
Плейлист
Bunları bilmək vacibdir. Qısa tibbi ensiklopediya
Zökəm (rinit) əleyhinə ən adi profilaktik tədbirlərdən biri - hər səhər burun-udlaq yolunu soyuq su ilə yaxalamaqdır.
Öncə onu qeyd etmək lazımdır ki, zökəm, adətən, başqa bir xəstəliyin təzahürüdür v...
Ziyil - dərinin virus mənşəli xoş xassəli törəməsidir. İnkubasiya dövrü (yəni, yoluxma ilə ziyilin əmələ gəlməsi arasındakı müddət) 3 aydan 8 ayadək davam edir.
Adi ziyillər uşaqlarda və cavan adamlar...
Bir çoxlarının fikrincə, yuxusuzluqdan yalnız yaşlı və qoca, ahıl adamlar əziyyət çəkirlər. Bu, heç də belə deyil. Gündəlik rejimin pozulması nəticəsində cavanlar da bundan əziyyət çəkirlər.
Ən sağlam...
Yataq yaraları - toxumaların distrofik və ya xora-nekrotik xarakterli patoloji dəyişikliyidir və yataqda olan zəifləmiş xəstələrdə daimi olaraq təzyiqə məruz qalan yerlərdə əmələ gəlir. Çox vaxt dərin...
Yanıqlar - yüksək hərarətin, elektrik cərəyanının, turşu və qələvilərin, ionizəedici şüalanmanın təsiri nəticəsində toxumaların zədələnməsidir. Müvafiq olaraq, termik, elektrik, kimyəvi və şüalanma ya...
Virus hepatiti - əsas etibarı ilə, qaraciyərin zədələnməsi ilə xarakterizə olunan və intoksikasiya, qismən də sarılıqla (bax: sarılıq) müşayiət olunan infeksion xəstəlikdir.
Ümumdünya Səhiyyə Təşkila...
Venaların varikoz genəlməsi – vena damarlarının xəstəliyi olmaqla, vena boşluğunun genəlməsi, onların düyünvari forma alması və venoz divarların nazilməsi ilə xarakterizə olunur.
Venaların varikoz ge...
Ürəyin işemik xəstəliyi (yunanca: ischo - gecikdirmək, saxlamaq; haima - qan) ürəyi qidalandıran koronar (tac) arteriyaların spazmı (yığılması, daralması) və yaxud tutulması nəticəsində ürək toxuması...
«Vegetativ damar distoniyası» qabaqlar çox geniş işlədilən və əsasən vegetativ sinir sistemində baş verən dəyişikliklərin təzahürünü cəmləşdirən ümumiləşdirilmiş bir məvhumdur.
Vegetativ sinir sistemi...
Tromboflebit termini iki sözdən: «tromboz», - qanın damar daxilində laxtalanması nəticəsində bərkimiş kütləyə çevrilməsi, - və «flebit», - vena damarının divarının iltihabı, - sözlərindən ibarət olub,...
Təngnəfəslik tənəffüsün (nəfəs alıb vermənin) tezliyinin, ritminin və ya dərinliyinin pozulması olub, bir qayda olaraq, hava çatışmazlığı hissiyyatı ilə müşayiət olunur. Təngnəfəslik, tənəffüs aktında...
Şəkərli diabet orqanizmdə insulin hormonunun çatışmazlığı və yaxud aşağı bioloji aktivliyi ilə əlaqədar təzahür edən endokrin xəstəliyidir və bütün növ maddələr mübadiləsi pozğunluğu, habelə iri və xı...
Sistit - sidik kisəsinin iltihabıdır. Ən çox yayılmış uroloji xəstəliklərdən biridir.
Sistitin əsasında, bir qayda olaraq, infeksiya durur. Qeyri infeksion sistitlər sidik kisəsinin selikli qişasının...
Sarılıq artıq miqdarda bilirubinin qanda toplanmasının nəticəsində selikli qişaların, skleranın (gözün ağının) və dərinin sarı rəngə boyanmasıdır. Sarılıq qaraciyər, öd yolları və bəzi qan xəstəliklə...
Alopesiya - saçların diffuz (yayılmış) və yaxud məhdud sahədə tökülməsidir.
Anadangəlmə, yuvacıqlı, vaxtından qabaq və simptomatik alopesiyalar ayırd edilir.
Anadangəlmə alopesiya - anadangəlmə saçın...
Başın tüklü hissəsində xırda pulcuqların, kəpəyin əmələ gəlməsi, seboreyanın, xroniki xəstəliklərin, xüsusilə, mədə-bağırsaq sisteminin xəstəliklərinin, sinir-psixiki pozğunluqların, qida zəifliyinin,...
Revmatizm (xalq arasında «yel xəstəliyi») - birləşmiş toxumanın sistemli iltihabi xəstəliyidir. İinfeksiyanın törədicisi A qrupdan olan betta-hemolitik streptokokdur. Patoloji proses, başlıca olaraq,...
Radikulit - onurğa beyni kötüklərinin zədələnməsidir. Əmələ gəlməsinin əsas səbəbi onurğanın osteoxondrozudur. Bununla belə, infeksiyanın, soyuqlamanın, intoksikasiyanın (zəhərlənmənin), damar pozğunl...
Prostatit - prostat vəzin iltihabıdır. Prostat vəzi kişi cinsiyyət sisteminin əzələli-vəzili orqanı olaraq, kiçik çanaqda, sidik kisəsinin altında, sidik kanalı ətrafında yerləşir. Formasına görə əsas...
Prostat vəzin adenoması (prostat vəzin xoşxassəli hiperplaziyası - PVXH) xoşxassəli şişdir və 50 yaşdan yuxarı kişilərdə əmələ gəlir. Təəssüf ki, bu xəstəliyə təqribən hər üç kişidən biri düçar olur....
Psoriaz (pulcuqlu dəmrov) kəpəklənən səpgilərlə xarakterizə olunan xroniki dəri xəstəliyidir. Əmələ gəlməsində nəzərə çarpacaq rolu genetik (irsi) faktor oynayır. Bundan başqa lipid və karbohidrat müb...
Podaqra - maddələr mübadiləsinin pozulması nəticəsində urat kristallarının (sidik turşusunun duzları) müxtəlif toxumalarda, əsasən, oynaqlarda, böyrəklərdə və sidik yollarında yığılması ilə xarakteriz...
Pnevmoniya (sətəlcəm) - ağ ciyər toxumasının iltihabıdır. Hələ 30-uncu, 40-ıncı illərdə pnevmoniya ölüm səbəbləri sırasında birinci yeri tuturdu. Sulfanilamid preparatlarının, antibiotiklərin geniş tə...
Parodontit (sinonimi «parodontoz») - dişləri əhatə edən toxumaların (paradontun) iltihabi xəstəliyidir.
Parodontitin əmələ gəlmə mexanizmi hələ tam öyrənilməyib. Onun inkişafını, orqanizmin müqavimət...
Öskürək - mürəkkəb reflektor qoruyucu akt olaraq, tənəffüs yollarının yad cisimlərdən və yaxud bəlğəmdən təmizlənməsinə yönəldilmişdir.
Öskürəyin müxtəlif xəstəliklərdə özünün spesifik xüsusiyyəti va...
Piylənmə - həddən artıq piyin orqanizmdə yığılması hesabına bədən kütləsinin artması ilə xarakterizə olunan patoloji vəziyyətdir.
Bədən kütləsinin ideal çəkisi xüsusi, vaxtaşırı təzələnən antropometr...
Pəltəklik nitqin tempinin və ritminin pozulmasıdır. O, nitqin fasiləli olması ilə, təkrarlanmalarla, nitqdə iştirak edən əzələlərin qıcolma hərəkətləri ilə biruzə verir.
Qədim Yunanıstanın dahi natiqi...
Öd yollarının diskineziyası - öd kisəsinin və qara ciyərdən kənar öd yollarının motor (hərəkət) funksiyasının funksional pozğunluğudur.
Öd yollarının diskineziyası çox vaxt ikincili xarakter daşıyır,...
Öd daşı xəstəliyi öd kisəsində və öd yollarında öd daşlarının əmələ gəlməsi ilə xarakterizə olunan xəstəlikdir. Öd daşı xəstəliyi geniş yayılmışdır və daha çox qadınlarda müşahidə olunur.
Öd kisəsi h...
Otit - qulağın iltihabıdır. Xarici, orta və daxili otit ayırd edilir.
Xarici otit qulaq girəcəyinə kibrit dənəsi və yaxud digər əşyalarla infeksiya törədicilərinin (ən çox stafillakokların) yeridilmə...